BAKI, 21 iyun. TELEQRAF
İranın ali liderinin müşaviri Məhəmməd Möxbər ABŞ öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə Tehranın Yaxın Şərqdə enerji tədarükünü dayandıra biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Məhəmməd Möxbər "X" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, amerikalılar iqtisadiyyat və itkilər dilini daha yaxşı anlayırlar.
"Əgər razılaşma yalnız kağız üzərində qalarsa, Yaxın Şərq üzrə enerji tədarükü axınları dayandırılacaq", - deyə iranlı rəsmisi vurğulayıb.
Möxbər əlavə edib ki, İranın danışıqlar aparan nümayəndələri də Vaşinqton öz üzərinə götürdüyü öhdəliklərin tam icrasını təmin etməyənədək mövcud vəziyyətdən razı qalmayacaqlar.