BAKI, 21 iyun. TELEQRAF

Sakit okeanda Şimali Kuril adaları sahillərində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə "Cənubi Saxalin" seysmik stansiyasının rəhbəri Yelena Semyonova məlumat verib.

Onun sözlərinə görə, yeraltı təkanın episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı dəniz dibindən 30 kilometr dərinlikdə qeydə alınıb.

Paramuşir adasında yeraltı təkanların gücü 2 bal səviyyəsində hiss olunub.

Hadisədən sonra sunami təhlükəsi elan edilməyib.