BAKI, 20 iyun. TELEQRAF

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Poroşenkonun özü məlumat yayıb.

"Ağ Qartal" ordenindən imtina etmək qərarına gəldim. İki həftə əvvəl Polşa prezidentini səhv qərar verməməyə inandıra bilməsəm, bu addımı atacağıma söz vermişdim. Təəssüf ki, bu, işə yaramadı", - Poroşenko "Facebook"da yazıb.

Bundan əvvəl keçmiş prezident Viktor Yuşşenko da oxşar qərar verib.

20 iyunda Zelenski "Ağ Qartal" ordenini Polşa prezidenti Karol Navrotskiyə qaytardığını elan edib.

Navrotski bildirib ki, Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə "UPA Qəhrəmanları" (Ukrayna Üsyançı Ordusu) adını vermək qərarı ilə əlaqədar olaraq onu "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib.

UPA üzvləri Polşada cinayətkar hesab olunurlar və 1943-cü ildə Volında 100 mindən çox Polşa vətəndaşının qətlində günahkar bilinirlər.

Zelenski keçmiş Polşa prezidenti Andjey Duda (2015-2025) tərəfindən "Ağ Qartal" ordeni ilə təltif edilib.

Bəzi Ukrayna rəsmiləri də Polşa dövlət mükafatlarından imtina etmək qərarına gəliblər. Məsələn, Ukraynanın Polşadakı səfiri Vasil Bodnar "Cəngavər Xaçı"ndan imtina edib. Zelenskinin ofisinin rəhbəri Kirilo Budanov "Qızıl Zabit Xaçı"ndan imtina edib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa hökumətindən aldığı "Komandir Xaçı"nı qaytaracağını açıqlayıb.