BAKI, 21 iyun. TELEQRAF

Niderland kralı Villem-Aleksander və kraliça Maksima futbol üzrə dünya çempionatında Ekvador yığması ilə oyundan sonra Küraçao millisinin futbolçuları ilə birlikdə rəqs ediblər.

Teleqraf xəbər verir ki, bununla bağlı görüntülər milli komandanın mətbuat xidməti tərəfindən paylaşılıb.

Məlumata görə, Küraçao yığması Ekvadorla qolsuz heç-heçə edib və bununla da dünya çempionatları tarixində ilk xalını qazanıb.