BAKI, 22 oktyabr. TELEQRAF
Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını dəyişib.
Bu barədə Teleqraf-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Məlumata görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, ilkin yardım göstərilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, oktyabrın 11-də də "28 May" stansiyasında sərnişin ölümü qeydə alınmışdı.