İSMAYILLI, 23 sentyabr. TELEQRAF

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə rayonunun Kürdeldarbəyli kəndi yaxınlığında baş verib.Həmin ərazidən Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar aparılır.