BAKI, 22 iyun. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehranın İsveçrənin Bürgenştok şəhərində keçirilən müzakirələri zamanı Qətər və Pakistanın vasitəçiliyi sayəsində bir sıra məsələlərin həllinə nail olunub.

Teleqraf xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

Əraqçinin sözlərinə görə, Qətər və Pakistanın fasiləsiz vasitəçilik səyləri nəticəsində Livandakı müharibənin dayandırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.

Nazir qeyd edib ki, neft və neft-kimya məhsullarının ixracına tətbiq olunan rüsumlar ləğv edilib, blokada aradan qaldırılıb, İranın dondurulmuş aktivlərinin bir hissəsi açılıb və ölkənin bərpası və inkişafına yönəlmiş genişmiqyaslı proqram işə salınıb.