BAKI, 22 iyun. TELEQRAF

Hazırda Türkiyədə Rusiya ilə Ukrayna arasında danışıqların bərpası üçün zəruri şərtlər formalaşmayıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə "RİA Novosti" agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, buna baxmayaraq, Ankara diplomatik səylərini davam etdirir.

"Hazırkı mərhələdə Türkiyədə Ukrayna ilə bağlı danışıqların bərpası üçün ilkin şərtlər yoxdur. Lakin bu istiqamətdə iş davam edir", – mənbə qeyd edib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Ankaranın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda vasitəçi olmağa və tərəflər üçün platforma təqdim etməyə hazır olduğunu bir daha bəyan etmişdi.