BƏRDƏ, 22 sentyabr. TELEQRAF

Bərdədə ev şəraitində sistem köçürülən 6 yaşlı uşaq ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, evdə sistem vuluduqdan sonra 2019 - cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızının vəziyyəti pisləşib.

Xəstəxanaya aparılan azyaşlı yolda həyatını itirib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.