ŞƏMKİR, 28 iyul. TELEQRAF

Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov münaqişə zəminində qardaşı oğlu, 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb, vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.