BAKI, 19 iyul. TELEQRAF
Xəzər rayonu, Zuğulba şosesində nəqliyyat vasitələrinin birində yanğın baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Teleqraf-a verilən məlumata görə, nəticədə Mərdəkan şosesi istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətini təmin etmək üçün tədbirlər görülür.