FÜZULİ, 19 iyul. TELEQRAF

Füzulidə 48 yaşlı qadın kanalda batıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini İbişova Leyla kanalda batıb.

Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.