OĞUZ, 16 iyul. TELEQRAF

Oğuzda meşədə üzərinə agac düşən 34 yaşlı Qəbələ sakini ölüb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, Qəbələ rayonunun Abrıx kənd sakini, 1991 təvəllüdlü Mustafayev Elnur Şümüd oğlu Oğuz rayonun Xal-Xal kəndindəki meşəlik ərazidə ağac kəsərkən üzərinə ağac aşıb.

O, aldığı ağır bədən xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.