BAKI, 14 iyul. TELEQRAF

İyul ayının 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

Bu barədə Teleqraf-a DSX-dan məlumat verilib.

Məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1993-cü il təvəllüdlü Həsənov Rizman Qardaş oğlu saxlanılmış, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.