​AĞCABƏDİ, 13 iyul. TELEQRAF

Ağcabədidə baş verən yol qəzasında xəsarət alanların son durumu açıqlanıb.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, 13 iyul saat 01:40 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hər iki pasiyent zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb", - məlumatda deyilir.

***

10:06

Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, qəza rayonun Heydər Əliyev prospektində baş verib. Yüksək sürətlə hərəkətdə olan "Lada Niva" markalı, 99-TT-392 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı elektrik dirəyinə çırpıb.

Qəza nəticəsində sürücü xəsarət alıb və Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.