ŞƏMKİR, 9 iyul. TELEQRAF

Şəmkir rayonunda sürücü ağır xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Dəllər-Cırdaxan kənd sakini 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi "Kamaz"ın şinini dəyişərkən anidən partlayış baş verib. Nəticədə 24 yaşlı sürücü üz-gözündən ağır xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda müalicəsi davam etdirilir.