BAKI, 31 may. TELEQRAF
Goranboy rayonunda minaya düşərək xəsarət alan Qaraçinar kənd sakini Qalib Abbasov Gəncə şəhərindəki 1 saylı Abbas Səhhət adına Birləşmiş Xəstəxanasına gətirilib.
Teleqraf həmin görüntüləri təqdim edir.
***
Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Bu barədə Teleqraf-in sorğusuna cavab olaraq TƏBİB-den məlumat verilib.
Bildirlib ki, bu gün saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib", - məlumətda deyilir.
***
15:22
Bu gün Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
Bildirilib ki, Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət alıb. Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
***
14:24
GORANBOY, 31 may. TELEQRAF
Goranboy sakini meşədə minaya düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1980-ci il təvəllüdlü Abbasov Qalib Kamran oğlu Qaraçinar kəndinin yaxınlğında, Baranbat meşəsi ərazisində minaya düşüb.
İlkin məlumata görə, adıçəkilən şəxs ərazidə çobanlıq edirmiş.
Faktla bağlı araşdırma başlayıb.
