BAKI, 29 may. TELEQRAF
Kürdəmir rayonunda öz avtomobilidən yıxılan sürücü xəstəxanada ölüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, mayın 5-də Kürdəmir şəhəri, Şəhriyar küçəsi ev 39 ünvanının qarşısında yaşayan 1967-ci il təvəllüdlü Elman Ənvər oğlu Məmmədov idarə etdiyi “Ford” markalı avtomobildən düşərkən yıxılıb və boyun nahiyəsi sınıb.
Xəstəxanaya yerləşdirilən E.Məmmədov mayın 28-də orada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.