BAKI, 24 may. TELEQRAF
Neftçala rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Neftçala rayonunun Boyat kəndində ümumi sahəsi 150 m² olan tövlənin qamışdan ibarət tavanı 70 m² sahədə yanıb.
Tövlənin qalan hissəsi yanğından nühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.