BAKI, 24 may. TELEQRAF

Ucar rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Ucar rayonunun Yuxarı Şilyan kəndində ümumi sahəsi 150 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 9 ton ot bağlaması yanıb.

Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.