BAKI, 24 may. TELEQRAF

“Agat” aviaşirkətinin “An-2” təyyarəsi Tomsk vilayətində eniş zamanı uçuş zolağından çıxıb.

Teleqraf xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artem Korenyako özünün “Telegram” kanalında məlumat verib.

A.Korenyako deyib: “Təyyarə meşə patrul uçuşu həyata keçirirdi. Təyyarədə üç nəfər olub, heç kim xəsarət almayıb”.

İnsidentlə bağlı araşdırma aparılır. Hadisənin səbəbləri müəyyənləşdirilir.