GƏNCƏ, 21 may. TELEQRAF
Gəncədə motosiklet minik avtomobili ilə toqquşub, bir nəfər xəsarət alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Ağamirzə Əhmədov və Ruzigar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.
İlkin məlumata görə, qadın idarə etdiyi motoskletlə "Ford focus" markalı avtomobilə çırpılıb.
Nəticədə motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma başlanlıb.