BAKI, 18 may. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Gəncə şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.