
BAKI, 18 may. TELEQRAF
Amerikanın Las-Veqas şəhərində naməlum şəxs idman zallarından birində atəş açıb.
Teleqraf “Associated Press”ə istinadən xəbər verir ki, polis cinayətkarı məhv edib.
Məlumata görə, hücum edən şəxs tapança ilə silahlanıb. O, bir nəfəri öldürüb, üç nəfərə xəsarət yetirib.
Yaralılar yerli xəstəxanalara çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.
Hüquq-mühafizə orqanları atəş açanın şəxsiyyətini və cinayətin motivlərini araşdırır.