MİNGƏÇEVİR, 17 may. TELEQRAF

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, 1992-ci il təvəllüdlü Pərviz Süleymanovun idarə etdiyi "Kia" və 27 yaşlı Pərviz Quliyevin idarə etdiyi "Şevrolet" markalı avtomobillər toqquşub. Hadisə zamanı "Kia"da olan iki qadın sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

1960-cı il təvəllüdlü Ucar rayon sakini Svetlana Səmədova əməliyyat olunaraq, cərrahiyyə şöbəsinə yerləşdirilib. 57 yaşlı Şamba Süleymanovaya isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.