TƏRTƏR, 17 may. TELEQRAF

Tərtərdə traktorla minik maşını toqquşub, sürücü xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Yevlax-Ağdam-Laçın magistral yolunun Tərtər rayon Köçərli kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Rüfət Musayev idarə etdiyi "Traktor" la hərəkətdə olarkən Səxavət Həsənov "KİA" markalı avtomobillə idarəetməni itirərək, traktorun qoşqusuna çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü S.Həsənov xəsarət alaraq, Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.