BAKI, 16 may. TELEQRAF
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə Teleqraf-a FHN-nin Mətbuat xidmətindən bildirilib.
***
17:32
Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN Mətbuat xidmətindən Teleqraf-a verilən xəbərə görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
***
17:10
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.