​AĞDAM, 16 may. TELEQRAF

Ağdamda iki minik avtomobili toqquşub, sürücü və anası xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Hərəkətdə olan “Mercedes” qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü Bəxtiyar Abbasov və anası Abbasova Zərnişan Əmir qızı xəsarət alıb.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, B.Abbasov neytral əraziyə qanunsuz keçərək dəmir toplayarkən minaya düşüb və hər iki ayağı yoxdur.

Raul Muradlı