DAŞKƏSƏN, 16 may. TELEQRAF
Daşkəsən rayonunun Yuxarı Daşkəsən kənd sakini, 1990-cı il təvəllüdlü Vüsal Cəfərov yanıq xəsarəti alıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Göygöl rayonunda yerləşən mal bazarı adlanan ərazidə qeydə alınıb.
V.Cəfərov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.