BAKI, 16 may. TELEQRAF

Şamaxıda ticarət mərkəzində xadimə işləyən qadın xəsarət alıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə mayın 15-də Şamaxı şəhərin ərazisində yerləşən “Megacity” ticarət mərkəzində baş verib.

Şamaxı şəhər sakini, 1993-cü il təvəllüdlü Günel Vəkalət qızı Yəhyayeva xadimə işlədiyi şəhərin ərazisində yerləşən “Megacity” ticarət mərkəzinin 3-cü mərtəbəsindəki pəncərədən yıxılıb.

Xəstəxanaya yerləşdirilən G.Yəhyayevanın vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.