BAKI, 16 may. TELEQRAF
Masallı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Masallı rayonunun Böyük Kolatan kəndində ümumi sahəsi 810 m² (hər mərtəbəsi 270 m²) olan üçmərtəbəli restoranın 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.