BAKI, 15 may. TELEQRAF

Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda qeyri-qanuni mühacirləri daşıyan mikroavtobusun aşması nəticəsində 1 nəfər ölüb, 6-sı jandarma əməkdaşı olmaqla 22 nəfər yaralanıb.

Teleqraf "TRThaber"ə istinadən xəbər verir ki, deportasiya edilmək üçün Şırnakdakı müvəqqəti yerləşdirmə mərkəzinə aparılan miqrantları daşıyan mikroavtobus Göksun-Kayseri magistralında sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə yerində xilasetmə işləri aparılır.