BAKI, 14 may. TELEQRAF

Paytaxtda narkokuryerliyə cəlb olunan daha iki şəxs saxlanılıb.

Teleqraf-ın xəbərinə görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatla əvvəllər dəfələrlə məhkum olunmuşlar 41 yaşlı Fəxrəddin Məhərrəmov və tanışı Sevinc İsgəndərzadə saxlanılıblar.

Onlardan 2 kiloqrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotik vasitəni sosial şəbəkədə tanış olduqları İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.