GƏNCƏ, 13 may. TELEQRAF
Gəncədə Mikayıl Müşfiq küçəsində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 97 kv.m. olan birmərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində dördotaqlı evin yanar konstruksiyaları 60kv.m. sahədə yanıb, evin qalan hissəsi yanğından mühafizə olunub.
***
19:32
Gəncədə yerləşən 5 otaqlı fərdi yaşayış evi yanır.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq küçəsi birinci dalan, ev 10 ünvanında qeydə alınıb.
İsmayıl Ələsgərova məxsus 5 otaqlı evdə anidən yanğın başlayıb.
İlkin məlumata görə, ümumi sahəsi 94-kvm olan tikilinin 81 kv yanıb. Həmçinin alov qonşuluqdakı tikilinin dam örtüyünə də keçib.
Alovun söndürülməsi istiqamətində iş aparılır. Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində yaşanan qısaqapanmanın olduğu deyilir.
***
19:13
GƏNCƏ, 13 may. TELEQRAF
Gəncədə fərdi yaşayış evlərinin birində yanğın başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Mikayıl Muşfiq küçəsində yerləşən evlərindən birində qeydə alınıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.