BAKI, 13 may. TELEQRAF

Paytaxtın Xətai rayonunda avtomobildən 9900 manat oğurlanıb.

Teleqraf-ın xəbərinə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşkarının keçirdikləri tədbirlərlə isə işlədiyi mağazadan 980 manat oğurlamaqda şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.