TOVUZ, 12 may. TELEQRAF
Tovuzun Aşağı Quşçu kəndində "İsuzu" markalı yük avtomobili ilə "Belarus" markalı toqquşması nəticəsində xəsarət alanların sayı üç nəfərə çatıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza zamanı traktorun sürücüsü Əsgər Akifoğlu ilə yanaşı, yük avtomobilində olan İlkin və Taryel adlı şəxslər müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hər üç şəxsin vəziyyəti orta-ağırdır. Qəza nəticəsində zərbənin təsirindən traktor aşıb.
Faktla bağlı araşdırma aparılır.
***
16:34
TOVUZ, 12 may. TELEQRAF
Tovuzda traktor minik maşını ilə toqquşub. Hadisə rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, minik avtomobilinin "Belarus" markalı traktorla toqquşması zamanı İlkin və Taryel adlı rayon sakinləri xəsarət alıblar.
Yaralılar yaxınlıqda yerləşən tibb müəssisəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.