BAKI, 5 may. TELEQRAF
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində may ayının 1-də 16 kiloqram 550 qram, may ayının 2-də isə 8 kiloqram 118 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.