BAKI, 5 may. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Teleqraf-a FHN-nin Mətbuat Xidmətindən məlumat verilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 uşağa müvafiq köməklik göstərilib.