ŞƏMKİR, 3 may. TELEQRAF

Şəmkir rayonunun Sabirkənd kənd sakini, 1999-cu il təvəllüdlü Əmrah Məmmədov özünü asaraq intihar edib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, onun meyiti yaxınları tərəfindən tövlədə asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.