BAKI, 3 may. TELEQRAF

Almaniyanın Ştutqart şəhərində sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Qəzaya səbəb olan “Mercedes G-Class” markalı avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Onun dönmə əməliyyatı zamanı idarəetməni itirdiyi və qəzanın da buna görə baş verdiyi bildirilir.

***

2 may, 23:06

Almaniyanın Ştutqart şəhərində sürücü avtomobili izdihamın üzərinə sürüb.

Teleqraf xəbər verir ki, hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, yaralılara yerindəcə tibbi yardım göstərilib.

Yerli media şübhəli sürücünün saxlanıldığını yazıb. Hadisənin qəza və ya terror aktı olması ilə bağlı hələlik açıqlama verilmir.