​BAKI, 26 mart. TELEQRAF

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, martın 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 1 qumbara atan, 1 tüfəng, 3 patron darağı, aşkar edərək götürüblər.