
SUMQAYIT, 22 mart. TELEQRAF
Martın 21-i saat 15 radələrində Sumqayıt şəhərindəki dənizkənarı bulvarda dəhşətli hadisə baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, şəhər sakini 1999-cu il təvəllüd Şəmşir Məstizadə bulvar ərazisində özünü dənizə atıb. O, suda boğularaq ölüb.
Ş.Məstizadənin meyiti dənizdən çıxarılaraq morqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.