CƏLİLABAD, 17 mart. TELEQRAF

Cəlilabadda baş verən qəzada üç nəfər xəsarət alıb.

Teleqraf-ın Cənub bürosunun verdiyi məlumata görə, idarəetməni itirən minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində sürücü,Lerik rayon sakini, 1984-cü il təvəllüdlü Qafil Fikrət oğlu Əliyev, eləcə də sərnişinlər Gülşən Qafarova (1989-cu il təvəllüdlü) və Kitabə Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

18:39

CƏLİLABAD, 17 mart. TELEQRAF

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.

Lerik rayon sakininin idarə etdiyi "Mercedes-Benz" markalı minik avtomobili idarəetməni itirərək, körpüdən aşıb və dərəyə yuvarlanıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.