
BAKI, 15 mart. TELEQRAF
Şabran və Qusar rayonlarında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən məlumata görə, Şabran rayonunun Əmirxanlı kəndində ümumi sahəsi 70 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 1,5 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan başqa, Qusar rayonunun Bala Qusar kəndində ümumi sahəsi 54 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 1,5 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.