
BAKI, 15 mart. TELEQRAF
Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən ciknayət faktları və hadisələr barədə məlumat yayıb.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, martın 14-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 145, o cümlədən borclu şəxs qismində axtarışda olan 108 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.