ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini ABŞ Erməni Milli Komitəsinin üzvləri ilə müzakirə edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Uorlik bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan məsələləri komitə üzvləri ilə müzakirə etməyə həmişə şaddır: “Gəlin, münaqişənin tənzimlənməsi sahəsində müzakirələri davam etdirək”.