
"Müsavat Partiyası parlament seçkilərində iştirakla bağlı hazırda heç bir partiya ilə danışıqlar aparmır. Bu barədə qərarımızı aprel-may aylarında verəcəyik".
Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah qeyd edib.
Onun sözlərinə görə, Müsavat Partiyası sabahdan başlayaraq seçkilərlə hazırlığa start verəcək: "Sabahdan rayon səfərlərinə çıxırıq. Yerli təşkilatlarla seçki müzakirələrinə başlayacağıq".
E.Fəttah hazırda heç bir bloka qoşulmaq niyyətində olmadıqlarını da dedi.
Ayxan