
İSMAYILLI, 18 fevral. TELEQRAF
İsmayıllı rayonunda ölümlə nəticələn dəhşətli hadisə baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə fevralın 17-də saat 16 radələrində Muğanlı-İsmayıllı-Qəbələ yolunda “Körpü-Bina-Tikinti” MMC tərəfindən yenidənqurma işləri aparılarkən Buynuz kəndinin ərazisində baş verib.
Tikintidə çalışan Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Rəşad Nadir oğlu Eminov armaturların üzərinə aşması nəticəsində ölüb.
Hadisə ilə bağlı müvafiq araşdırmalara başlanılıb.