
BAKI, 18 fevral. TELEQRAF
Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı Musa Hüseynov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.