BAKI, 10 fevral. TELEQRAF

Paytaxtın müxtəlif rayonlarında yerləşən 7 mağazadan oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 2500 manatdan çox maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Rzayev, bir yeniyetmə, əvvəllər məhkum olunmuşlar - F.Fəttahov, Ş.Əliyev, M.Hüseynov və N.Dadaşov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.